Sağlamlıq
Bizi o dünyaya hazırlayan səhər süfrəsi: 2 saatdan sonra... - Həkimdən xəbərdarlıq
Səhər yeməyində düzgün qidaların seçilməməsi gün ərzində aclıq və halsızlığa səbəb olmaqla yanaşı, sağlamlıq üçün də problem yarada bilər.
Publika.az xəbər verir ki, endokrinoloq Laura Bartolome bu barədə “Tengo un plan” podkastında danışıb.
Onun sözlərinə görə, səhər yeməyində tərkibində sürətli karbohidratlar olan şirniyyatların qəbul edilməsi qanda qlükoza səviyyəsinin kəskin yüksəlməsinə və insulinin intensiv ifrazına səbəb olur.
Həkim bildirib ki, təxminən iki saat sonra bu göstəricilər yenidən aşağı düşdükdə insanda güclü aclıq və yorğunluq yarana bilər.
Bu səbəbdən mütəxəssis səhər saatlarında müxtəlif şirniyyat, un məmulatları və şirələrdən uzaq durmağı tövsiyə edib.
Bartolome onların əvəzinə zülal və liflə zəngin məhsullara üstünlük verməyi məsləhət görüb. Onun sözlərinə görə, təbii yoqurt, qoz-fındıq, toxumlar və yulaf uzun müddət toxluq hissi yaradır və əsas yeməklər arasında qəlyanaltı istəyini azaldır.
Müəllif: Adəm
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
































