Sağlamlıq
Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama
Həddindən artıq yetişmiş meyvə və tərəvəzlərin hər zaman atılması vacib deyil. Lakin onların üzərində kif, çürümə, selik və ya xoşagəlməz qoxu varsa, istehlak etmək olmaz.
Publika.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, bunu rusiyalı həkim-dietoloq və qastroenteroloq Marina Studenikina bildirib.
Onun sözlərinə görə, tərəvəzlərin həddindən artıq yetişməsi zamanı dad və tekstura dəyişə bilər. Belə məhsullar qabıq və toxumlardan təmizləndikdən sonra smuzi, şorba-püre, tərəvəz xörəkləri və digər yeməklərin hazırlanmasında istifadə edilə bilər.
Lakin tərəvəz həddindən artıq yumşalıbsa, şirəsi axırsa, rəngi şübhəli şəkildə tündləşibsə və ya kif yaranıbsa, onu atmaq lazımdır. Bu əlamətlər bakteriyaların çoxalmasına və qida zəhərlənməsinə səbəb ola bilər.
Həkim qeyd edib ki, meyvələrdə də eyni qayda keçərlidir. Yumşaq, şirin və bir qədər qaralmış banan, şaftalı və xurma kimi meyvələrdə kif və çürümə yoxdursa, onları yemək mümkündür.
Kifli və çürümüş meyvələr isə təhlükəlidir. Mütəxəssis vurğulayıb ki, göbələklərin yaratdığı zəhərli maddələr yalnız zədələnmiş hissədə qalmaya, meyvənin digər hissələrinə də yayıla bilər. Buna görə kiflənmiş hissəni kəsib qalanını yemək məhsulu təhlükəsiz etmir.
Studenikina həmçinin bildirib ki, həddindən artıq yetişmiş meyvələrdə təbii şəkərin miqdarı arta bilər. Bu səbəbdən bir qədər yetişməmiş meyvələrdə şəkərin daha az, lifin isə daha çox olması onları daha uyğun seçim edə bilər.
Müəllif: Roza
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
































