Sağlamlıq
Az yatmaq ömrü qısalda bilərmi? - Alimlərdən diqqətçəkən ARAŞDIRMA
Yuxu müddətinin insan ömrünün uzunluğu ilə əlaqəsi qidalanma və fiziki aktivlikdən daha güclü ola bilər.
Publika.az xəbər verir ki, bu barədə "Sleep Advances" jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Oreqon Sağlamlıq və Elm Universitetinin alimləri ABŞ-da 2019-2025-ci illər üzrə aparılmış sorğuların məlumatlarını təhlil edərək insanların yuxu vərdişlərini gözlənilən ömür uzunluğu ilə müqayisə ediblər. Araşdırmada 7-9 saatlıq yuxu kifayət qədər, 7 saatdan az yuxu isə yetərsiz hesab edilib.
Nəticələr göstərib ki, yuxusuzluğun ömür uzunluğu ilə əlaqəsi siqaretdən imtina istisna olmaqla bir sıra digər amillərdən daha güclüdür. Piylənmə və diabet də nəzərə alındıqda isə yuxu ilə müqayisədə yalnız piylənmə daha güclü əlaqə göstərib.
Tədqiqatın müəlliflərindən Endryu MakHill yuxusuzluğun ömür uzunluğu ilə bu qədər güclü əlaqədə olacağını gözləmədiyini bildirib.
Alimlər bununla belə, araşdırmanın müşahidə xarakterli olduğunu və səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayıblar. Onların fikrincə, yuxusuzluq stress, növbəli iş rejimi və müxtəlif xəstəliklər kimi digər problemlərin göstəricisi də ola bilər.
Mütəxəssislər böyüklər üçün adətən 7-8 saat yuxunu tövsiyə edirlər. 9 saatdan çox yatmaq da bəzi sağlamlıq problemləri ilə əlaqələndirilir.
Müəllif: Adəm
-
İdman21:30"Sabah" - "Borussiya" oyununda ikinci qol - YENİLƏNİR
-
Nəqliyyat21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq

























.jpg)








