Sağlamlıq
Soyuq havada bu vərdiş dərini məhv edir - Həkimdən xəbərdarlıq
Soyuq havalarda uzun müddət isti duş qəbul etmək dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər.
Publika.az xəbər verir ki, bunu “Gazeta.Ru”ya açıqlamasında həkim-kosmetoloq Kristina Osepyan bildirib.
Onun sözlərinə görə, payızda hər gün duş qəbul etmək mümkündür, lakin suyun temperaturu çox isti olmamalıdır. Həkim uzun müddət isti suyun altında qalmağın dərinin qurumasını və qıcıqlanmasını artırdığını vurğulayıb.
Mütəxəssis duşun 5-10 dəqiqə ərzində ilıq su ilə qəbul edilməsini tövsiyə edib. O izah edib ki, dərinin səthində nəmi saxlayan qoruyucu təbəqə mövcuddur. İsti su, sabun və uzunmüddətli yuyunma dərinin təbii yağlarını aradan qaldıraraq bu baryeri zədələyir. Nəticədə dəridə dartılma hissi, qabıqlanma və qaşınma yaranır.
Həkimə görə, istilik mövsümünün başlaması da vəziyyəti ağırlaşdıra bilər. Belə ki, evlərdə havanın rütubəti azalır, küçədə isə soyuq və külək dərini daha da qurudur. Xüsusilə quru dəriyə və atopik dermatitə meyilli insanlarda yay aylarında istifadə edilən qulluq vasitələri bu dövrdə aqressiv təsir göstərə bilər.
Osepyan qeyd edib ki, gündəlik gigiyena öz-özlüyündə problem yaratmaya bilər. Burada insanın nə qədər tərləməsi, idmanla məşğul olub-olmaması və dərisinin yuyunmaya reaksiyası nəzərə alınmalıdır.
“Duşdan sonra mütəmadi olaraq qaşınma və dartılma yaranırsa, suyun temperaturunu azaltmaq, prosedurun müddətini qısaltmaq və istifadə olunan təmizləyici vasitəni dəyişmək lazımdır”, - deyə həkim vurğulayıb.
Mütəxəssis gündəlik qulluq üçün ətirsiz, yumşaq vasitələrdən istifadə etməyi, bütün bədəni bol sabunlamamağı tövsiyə edib. Duşdan sonra isə dərini dəsmalla yüngülcə qurulamaq və mütəmadi nəmləndirici krem çəkmək məsləhətdir.
Müəllif: Adəm
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































