Sağlamlıq
Gözləri kompüterdən qoruyan qidalar: Həkimdən VACİB MƏSLƏHƏTLƏR
Kompüter qarşısında uzun müddət işləmək gözlərdə yorğunluq və quruluğa səbəb ola bilər. Göz sağlamlığını qorumaq üçün istirahətlə yanaşı, düzgün qidalanmaya da diqqət yetirmək vacibdir.
Publika.az “Kp.ru”ya istinadən xəbər verir ki, bunu rusiyalı həkim Aleksey Selivanov bildirib.
Həkimin sözlərinə görə, torlu qişanın və göz yaşı təbəqəsinin normal fəaliyyəti üçün A vitamini, omeqa-3 yağ turşuları, sink, lutein, həmçinin C və E vitaminləri vacibdir. Bu maddələrin çatışmazlığı gözlərin bərpa prosesini ləngidə bilər.
Omeqa-3 ilə zəngin olan qızılbalıq, sardina, skumbriya və siyənək balığının həftədə iki-üç dəfə istehlakı tövsiyə edilir. A vitaminini kök, balqabaq və yumurtadan, C və E vitaminlərini isə sitrus meyvələri, giləmeyvələr, qoz-fındıq və bitki yağlarından almaq mümkündür.
Selivanov nahar zamanı yarpaqlı göyərtilər, brokoli və paxlalı bitkilərin də qida rasionuna daxil edilməsini məsləhət görüb.
Həkim vurğulayıb ki, düzgün qidalanma kompüter qarşısında işləyərkən fasilələrin verilməsini əvəz etmir. Gözləri qorumaq üçün ekrandan müntəzəm uzaqlaşmaq və açıq havada vaxt keçirmək də vacibdir.
Müəllif: Roza
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































