Sağlamlıq
Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ
ABŞ-da endemik birə yatalağının yayılması ilə bağlı diqqət çəkən vəziyyət yaranıb. Xəstəlik ilkin mərhələdə adi soyuqdəymə və ya qripə bənzədiyi üçün onun müəyyən edilməsi çətinləşə bilər.
Publika.az xəbər verir ki, həkim Nadejda Çernışova "Aif.ru"ya açıqlamasında birə yatalağının yüksək hərarət, baş ağrısı və əzələ ağrıları ilə müşayiət olunduğunu bildirib.
Onun sözlərinə görə, infeksiya həşərat dişləmələri vasitəsilə yayılır və klassik yatalaqla müqayisədə daha yüngül keçir. Xəstəlik zamanı ağırlaşmalar və ölüm halları olduqca nadir hesab edilir.
Mütəxəssis qeyd edib ki, birə yatalağı qripə bənzər simptomlarla başlayır. Daha sonra səpgi yarana bilər, lakin bu əlamət xəstələrin hamısında deyil, təxminən yarısında müşahidə olunur. Xəstəlik antibakterial preparatlarla müalicə edilir.
Məlumata görə, ABŞ-ın Los-Anceles şəhərindəki Uilşir-Senter rayonunda xəstəliyin 7 halı aşkarlanıb. Bununla əlaqədar Rusiyada sərhəd nəzarətinin gücləndirildiyi və “Perimetr” sisteminin tətbiq olunduğu bildirilib.
Müəllif: Adəm
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 21 Oktyabr 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?



































