Sağlamlıq
10 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
Cəmi 10 dəqiqəlik asta addımlarla olan qaçış əhval-ruhiyyəni yaxşılaşdıra və beynin konsentrasiya qabiliyyətini müvəqqəti olaraq artıra bilər.
Publika.az xəbər verir ki, belə bir nəticəyə Yaponiyanın Tsukuba Universitetinin nevroloqları gəliblər. Tədqiqatın nəticələri "Imaging Neuroscience" jurnalında dərc edilib.
Alimlərin qənaətincə, beyinə fayda vermək üçün intensiv, surətli qaçışla məşğul olmaq vacib deyil: belə təsirlər yalnız aerobik məşqlə deyil, həm də qaçış zamanı bədənin ritmik şaquli hərəkətləri ilə əlaqəli ola bilər.
Təcrübədə 24 sağlam gənc kişi iştirak edib. Ayrı-ayrı günlərdə onlar ya 10 dəqiqə asta qaçış trenajorunda hərəkət ediblər, ya da çox aşağı intensivliklə 10 dəqiqəlik qaçışla məşğul olublar:
"Sürət fərdi olaraq tənzimlənib: orta hesabla kişilər üçün təxminən 5,5 km/saat, qadınlar üçün isə 3,8 km/saat olub. Bu, əksər insanların gəzə biləcəyi bir tempdir. Lakin iştirakçılar qısa addımlarla qaçış texnikasını qoruyub saxlayıblar. Bu fiziki yüklənmədən əvvəl və sonra könüllülərin əhval-ruhiyyələri qiymətləndirilib. Onlar "Stroop" testini tamamlayıblar. Eyni zamanda, alimlər diqqət, davranış nəzarəti və emosiyalarla əlaqəli beynin bölgəsi olan prefrontal korteksin fəaliyyətini də ölçüblər. Məlum olub ki, asta qaçışdan sonra iştirakçılar özlərini daha enerjili hiss edir və daha müsbət əhval-ruhiyyədə olurlar. Onlar həmçinin xüsusi diqqət tələb edən tapşırıqları da daha sürətli yerinə yetiriblər. Neyrogörüntüləmə sol prefrontal korteksin müəyyən sahələrində artan aktivliyi göstərib."
Araşdırma müəllifləri vurğulayıblar ki, tədqiqat yalnız sağlam gəncləri əhatə edib. Buna görə də nəticələri avtomatik olaraq yaşlı adamlara və ya xroniki xəstəlikləri olanlara aid etmək olmaz.
Müəllif: Tural
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Maraq dünyası13:55Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO



































.jpg)