Sağlamlıq
Xərçəngin bu əlamətlərinə diqqət: Həkimdən ciddi xəbərdarlıq
Xərçəng xəstəliyi hər zaman özünü açıq və nəzərəçarpan simptomlarla göstərmir.
Publika.az xəbər verir ki, onkoloq İrji Kubeş “Metro”ya açıqlamasında asanlıqla digər xəstəliklərin əlamətləri ilə səhv salına bilən və çox vaxt diqqətdən kənarda qalan simptomları açıqlayıb.
Həkimin sözlərinə görə, istirahətdən sonra keçməyən və iş qabiliyyətinə təsir edən davamlı yorğunluq xərçəngin mümkün əlamətlərindən biri ola bilər. Bu vəziyyət anemiya, qalxanabənzər vəz xəstəlikləri, infeksiyalar və yuxu pozuntusu ilə də bağlı ola bilər. Buna görə uzun müddət davam edən yorğunluq həkimlə müzakirə edilməlidir.
Kubeşin sözlərinə görə, zaman keçdikcə güclənən, nəfəs darlığı, sinə ağrısı və ya qanlı bəlğəmlə müşayiət olunan davamlı öskürək də diqqət tələb edir.
Həkim həmçinin əvvəlki qidalanma və gündəlik rejim dəyişmədiyi halda səbəbsiz çəki itkisinin də mümkün onkoloji əlamət ola biləcəyini bildirib.
Onkoloq qeyd edib ki, hər hansı simptom bir neçə həftə davam edirsə, təkrarlanırsa və ya insanda narahatlıq yaradırsa, onun öz-özünə keçəcəyini gözləmək əvəzinə müayinədən keçmək lazımdır.
Müəllif: Adəm
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz
-
Dünya04:44Suyun altında dava düşdü - VİDEO

























.jpg)





.jpg)







.jpg)

