Ağır xəstəliyi sağaltdığı deyilən həmin bitki Bakı bazarında - Foto
Bizi izləyin

Sağlamlıq

Ağır xəstəliyi sağaltdığı deyilən həmin bitki Bakı bazarında - Foto

Ağır xəstəliyi sağaltdığı deyilən həmin bitki Bakı bazarında - Foto

Bazar piştaxtalarında alıcıların diqqətini çəkən, rəngarəngliyi ilə seçilən, lakin bir çoxları üçün hələ də tanış olmayan bir məhsul satışa çıxarılıb. Söhbət "Kaktus gülü" kimi tanınsa da, əslində kaktus bitkisinin özünəməxsus, yeyilə bilən meyvəsindən (opuntia növü) gedir.

Publika.az Musavat.com-a istinadən xəbər verir ki, insanlar bu qəribə görünüşlü meyvənin başına toplaşaraq, onun nə olduğunu, haradan gəldiyini və necə istifadə olunduğunu bir-birlərindən və satıcıdan maraqla soruşurlar. Kaktus bitkisi əsasən Cənubi Amerika, Mərkəzi Asiya, Şimali Afrika və tropik bölgələrlə əlaqələndirilir. Parlaq bənövşəyi-çəhrayı rəngi və üzərindəki xırda tikanların izləri onu digər mövsümi meyvələrdən fərqləndirir. Alıcıların bəziləri onu ilk dəfə gördüklərini, digərləri isə xaricdə rast gəldiklərini, lakin yerli bazarda görünməsinə təəccübləndiklərini bildirirlər.

Satıcı bizimlə söhbətdə deyib ki, bu meyvə Cəlilabad rayonundan gətirilib. Onun sözlərinə görə, Suluçeşmə kəndində, demək olar ki, əksər evlərin həyətində bu bitkiyə rast gəlmək olur. Deyirlər, kaktusun bu kənddə yayılması 40 il əvvələ aiddir:"İnsanlar gəlib soruşurlar ki, bu nədir. Hamıya izah edirəm ki, bu kaktus meyvəsidir. Onu 'armud kaktus" u kimi də tanıyırlar. Açığı, ən çox şəkər və şiş xəstəlikləri olanlar bunu alırlar. Deyirlər ki, bu meyvə qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir, təbii insulini əvəz edir. Ona görə də maraq böyükdür. Həm dadı qəşəngdir – bir az şirin, bir az turşməzə – həm də şəfalıdır.

Satıcı, meyvənin bazara daxil olması ilə tələbatın artdığını da vurğuladı.

Bənövşəyi rəngli kaktus meyvəsi (beynəlxalq adı ilə 'prickly pear' və ya 'tuna') yalnız şəkər və şiş xəstəlikləri olanlar üçün deyil, digər bir sıra sağlamlıq problemləri üçün də faydalı hesab olunur. Bənövşəyi rəngi, onun tərkibindəki 'betalain' adlı güclü antioksidantların göstəricisidir. Bu maddələr bədəndəki sərbəst radikallarla mübarizə aparır və qocalma prosesini yavaşladır. Vitamin C ilə zəngindir, bu da onu soyuqdəymə və digər infeksiyalara qarşı immuniteti möhkəmləndirmək üçün əla seçim edir. Yüksək lif tərkibi sayəsində həzm prosesini yaxşılaşdırır, bağırsaqların fəaliyyətini tənzimləyir və qəbizlik kimi problemlərin qarşısını alır.

Tərkibindəki liflər pis xolesterolun (LDL) səviyyəsini aşağı salmağa kömək edə bilər. Bəzi tədqiqatlar kaktus meyvəsinin qaraciyəri toksinlərdən qorumaq xüsusiyyətinə malik olduğunu göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm