"Alkoqolsuzdur" deyib içirsiniz, amma... - Sürücülər üçün təhlükəli fakt!
Bizi izləyin

Sağlamlıq

"Alkoqolsuzdur" deyib içirsiniz, amma... - Sürücülər üçün təhlükəli fakt!

"Alkoqolsuzdur" deyib içirsiniz, amma... - Sürücülər üçün təhlükəli fakt!

Alkoqolsuz pivənin tərkibində 0,5%-ə qədər etanol olur və belə içkinin qəbulu kumulyatif (Bir dərmanın, maddənin və ya zərərli elementin orqanizmdən tam xaric olunmadan, hər dəfə qəbul edildikdə toxumalarda toplanması-red.)təsirə səbəb ola bilər. Bu, alkotesterin göstəricilərinə təsir edir.

Publika.az xəbər verir ki, bunu məşhur rusiyalı psixiatr-narkoloq Andrey Tyurin "Lenta"ya açıqlamasında deyib.

O qeyd edib ki, hətta alkoqolsuz kimi etiketlənmiş pivələr də qaçılmaz olaraq fermentasiyaya məruz qalırlar. Alkoqolsuzlaşdırmadan sonra məhsulda 0,5%-ə qədər etanol qalır. Həkim fikrini belə izah edib: "Bu o deməkdir ki, yarım litrlik bankada 2,25 ml təmiz spirt - təxminən bir çay qaşığı araq olacaq".

O, qeyd edib ki, məsələyə tibbi baxımdan yanaşanda bir şüşə alkoqolsuz pivənin sağlam insanı sərxoş etməyəcəyini və ya onların avtomobil idarə etmək qabiliyyətinə mənfi təsir göstərməyəcəyini demək olar. Lakin, Tyurin sürücülərə xəbərdarlıq edib ki, polislərdə olan məlum test cihazları hətta bu kiçik dozanı belə aşkarlaya bilirlər.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm