Sağlamlıq
Başqalarının "uğur vitrini": Sosial şəbəkələr özünəinamı necə sarsıdır?
Sosial şəbəkələr insanların əhval-ruhiyəsinə, mənəvi durumuna, xoşbəxtliyinə mənfi təsir göstərə bilir.
Publika.az xəbər verir ki, bu fikri məşhur psixoloq Yekaterina Katalina Rusiya mediasına verdiyi müsahibədə deyib. O, daha çox həssas insanlara sosial şəbəkələrin neqativ təsirləri barədə barədə xəbərdarlıq edib.
Mütəxəssis qeyd edib ki, sosial şəbəkələrdə başqalarının nailiyyətlərinin bir növ sonsuz vitrini formalaşır. Hansı ki, insanlar özlərinin gündəlik həyatlarını bu vitrində hamıya nümayiş etdirilən uğur, nailiyyət, qazanc və s. ilə müqayisə edirlər. Psixoloq qeyd edib ki, bu mövzuda xüsusən də müqayisə etməyə güclü meylli olanlar, özünü dəyərləndirmədə qeyri-sabit olanlar və real həyatda, üz-üzə ünsiyyət qura bilməyən insanlar həssaslıq nümayiş etdirirlər.
Bununla belə Katalina onu da əlavə edib ki, sosial media insanların dost və ya təhsil resursları tapmasına imkan vermək kimi mühüm məsələlər də dəstək ola bilir. Psixoloq bildirib ki, vacib olan təkcə bu cür platformalardan istifadə faktı deyil, həm də insanın onlardan necə istifadə etməsidir.
Müəllif: Tural
-
Avropa10:13Müharibə həyəcanı Baltikyanı ölkələrə çatdı: Əhaliyə "Sığınacaqlara girin" əmri verildi!
-
Avropa09:55Hava limanında müəmmalı insident: Uçuşlar dayandırıldı, polis axtarışlara başladı - FOTO
-
Sağlamlıq09:37Başqalarının "uğur vitrini": Sosial şəbəkələr özünəinamı necə sarsıdır?
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO




































