Qripdən sağalanlar da peyvənd olunmalıdır?
Bizi izləyin

Sağlamlıq

Qripdən sağalanlar da peyvənd olunmalıdır?

Qripdən sağalanlar da peyvənd olunmalıdır?

Qrip xəstəliyini keçirən şəxslərin yenidən peyvənd olunmasına ehtiyac yarana bilər.

Publika.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə həkim Mixail Lebedev bildirib.

Onun sözlərinə görə, xəstəlikdən sonra yaranan təbii immunitet virusun bütün ştamlarından qorumur.

Həkim bildirib ki, qrip olduqdan sonra orqanizmdə əsasən xəstəliyə səbəb olan ştamma qarşı immunitet formalaşır. Virusun digər variantları isə insan üçün təhlükəli olaraq qalır.

Lebedev vurğulayıb ki, qripə qarşı peyvəndin tərkibində virusun dörd aktual ştammı yer alır. Bu isə immun sisteminin həmin ştammlara qarşı müdafiə formalaşdırmasına kömək edir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm