101 yaşlı kişinin uzunömürlülük sirri: Bu ikisi olmadan həyat çətinləşir
Bizi izləyin

Sağlamlıq

101 yaşlı kişinin uzunömürlülük sirri: Bu ikisi olmadan həyat çətinləşir

101 yaşlı kişinin uzunömürlülük sirri: Bu ikisi olmadan həyat çətinləşir

ABŞ-da yaşayan 101 yaşlı Kennet Rem gənc nəslə bir neçə məsləhət verib.

Publika.az “People” nəşrinə istinadən xəbər veri ki, Rem heç vaxt 100 yaşına qədər yaşayacağını düşünmədiyini bildirib.

O, uzunömürlülüyünün sirrini xoşbəxt olmağı bacarmaqda və ətrafındakılara sevgi bəxş etməkdə görür.

"Mənim üçün bu, gözəl ailə həyatı, güzəştə getməyi bacarmaq və övladlarımın yaxşı yaşadığını bilmək demək idi"№, – deyə Rem uzunömürlülüyünün sirrini açıqlayıb.

Onun beş övladı, 12 nəvəsi və 11 nəticəsi var. Rem qeyd edib ki, onlara iki ən vacib şeyi – bir-birlərini sevməyi və hörmət etməyi öyrədir.

“Bunlar olmadan həyat daha çətin olur”, – deyə o əlavə edib.

Müəllif: Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm