Sağlamlıq
Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
Jenşen və soya paxlasından hazırlanan fermentləşdirilmiş məhsul çəki artımını azalda və yağ mübadiləsini yaxşılaşdıra bilər.
Publika.az xəbər verir ki, bu qənaətə Çinin Ənənəvi Çin Təbabəti üzrə Heyluntszyan Akademiyasının alimləri gəliblər. Tədqiqatın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub.
Mütəxəssislər jenşen və soya paxlasının Bacillus subtilis bakteriyalarının köməyi ilə fermentasiyası nəticəsində əldə edilən Ginseng-Douchi məhsulunu araşdırıblar. Onun təsiri yüksək yağ tərkibli qida ilə bəslənən siçanlar üzərində yoxlanılıb.
Səkkiz həftə ərzində heyvanlara məhsulun müxtəlif dozaları verilib. Məlum olub ki, yüksək dozada məhsul qəbul edən siçanların orta bədən çəkisi 35,74 qram təşkil edib. Məhsul verilməyən, piylənmədən əziyyət çəkən siçanlar qrupunda isə bu göstərici 44,14 qram olub. Bundan əlavə, heyvanlarda daxili orqanların ətrafında toplanan yağın miqdarı azalıb.
Siçanlarda ümumi xolesterinin, “pis” xolesterinin, triqliseridlərin və iltihab göstəricilərinin səviyyəsi də aşağı düşüb. Eyni zamanda, qaraciyərdə yağ yığılması azalıb və bağırsaq baryerinin vəziyyəti yaxşılaşıb.
Əlavə təhlillər göstərib ki, məhsul bağırsaq mikroflorasının tərkibini dəyişdirərək faydalı bifidobakteriyaların sayını artırıb. Bundan başqa, qəhvəyi piy toxumasında istilik hasil etmək üçün enerjinin sərf olunmasında iştirak edən UCP1 zülalının səviyyəsi bərpa olunub.
Müəlliflərin fikrincə, jenşen və soya əsasında hazırlanan fermentləşdirilmiş məhsullar piylənmə ilə mübarizədə perspektivli vasitəyə çevrilə bilər.
Hüseyn İbadlı
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq

















.jpg)

.jpg)
















