Soyuq havalarda bu 3 qaydaya əməl edin - Həkimdən vacib tövsiyələr
Bizi izləyin

Sağlamlıq

Soyuq havalarda bu 3 qaydaya əməl edin - Həkimdən vacib tövsiyələr

Soyuq havalarda bu 3 qaydaya əməl edin - Həkimdən vacib tövsiyələr

Havaların soyuması ilə qidalanma vərdişlərinə yenidən baxmaq və orqanizmin ehtiyaclarını nəzərə almaq vacibdir. Qastroenteroloq və terapevt Anastasiya Rojko payızda sağlamlığı qorumağa kömək edən əsas tövsiyələrini açıqlayıb.

Publika.az xəbər verir ki, həkim bu barədə “Lenta.ru” nəşrinə danışıb.

Rojkonun sözlərinə görə, ilk növbədə, müntəzəm qidalanma rejiminə əməl etmək və həddindən artıq aclığa yol verməmək lazımdır. Yemək saatlarını dəqiq müəyyənləşdirmək vacib olmasa da, qidalanma arasındakı uzun fasilələr güclü aclığa və növbəti yemək zamanı həddindən artıq qida qəbuluna səbəb ola bilər.

Həkim bildirib ki, soyuq aylarda bəzi insanlarda iştaha arta bilər. Buna görə də qidalanma rejimi gündəlik fəaliyyətə və fiziki aktivliyə uyğunlaşdırılmalıdır.

İkinci vacib məqam rasionda kifayət qədər zülalın olmasıdır. Bunun üçün yağsız qırmızı ət, quş əti, balıq, dəniz məhsulları, yumurta, süd məhsulları və paxlalılardan istifadə etmək tövsiyə olunur. Həmçinin gündəlik menyuya yalnız təzə mövsümi tərəvəz və meyvələri deyil, dondurulmuş məhsulları da daxil etmək olar.

Rojko sonda su balansını qorumağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, sərin havalarda susuzluq hissi yay aylarındakı qədər güclü olmaya bilər və bu, maye qəbulunun azalmasına gətirib çıxara bilər. Halbuki orqanizmin mayeyə olan ehtiyacı soyuq havalarda da qalır və fiziki aktivlikdən, eləcə də fərdi xüsusiyyətlərdən asılıdır.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm