Sağlamlıq
Çay içənlərə xəbərdarlıq: Bu halda damar xəstəlikləri riski artır
Yeni araşdırma çay içmə vərdişləri ilə ürək-damar xəstəlikləri riski arasında əlaqə olduğunu üzə çıxarıb.
Publika.az xəbər verir ki, araşdırma çərçivəsində Çində yaşayan 30-79 yaş arası 485 mindən çox insanın məlumatları təhlil edilib.
Təxminən 9 il davam edən müşahidələr zamanı ürək-damar xəstəlikləri ilə bağlı 14800-dən çox hal qeydə alınıb. Araşdırmaya görə, həftədə ən azı 3 gün çay içən şəxslərdə damar xəstəlikləri riski daha az çay içənlərlə müqayisədə təxminən 11 faiz aşağı olub. Qara çay və orta tündlükdə dəmlənmiş çay da daha aşağı risklə əlaqələndirilib.
Lakin çayı çox isti içən şəxslərdə damar xəstəlikləri riski müntəzəm çay içməyənlərlə müqayisədə 16 faiz yüksək qeydə alınıb. Tədqiqatda ən aşağı təxmin edilən risk gündə təxminən 6-8 stəkan çay içənlər arasında müşahidə olunub. Bununla belə, alimlər bu miqdarın hər kəs üçün ideal norma hesab edilməməli olduğunu vurğulayıblar.
Mütəxəssislər çayı ağız və boğazı yandıracaq qədər isti içməməyi, mümkün qədər şəkərsiz istehlak etməyi və gündəlik kofein qəbuluna diqqət yetirməyi tövsiyə edirlər.
Qeyd edək ki, tədqiqat “Journal of Internal Medicine” jurnalında dərc olunub.
Müəllif: Roza
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













