Sağlamlıq
Dietoloq almanın əsl faydalarını açıqladı
Gündə cəmi bir alma yemək həzmə, ürəyin sağlamlığına və ümumi əhvala müsbət təsir göstərə bilər.
Publika.az “Terra” nəşrinə istinadla xəbər verir ki, dietoloq Durval Ribas Filyo məşhur meyvənin müntəzəm istehlakı zamanı orqanizmdə hansı dəyişikliklərin baş verə biləcəyini izah edib.
Mütəxəssisin sözlərinə görə, almada bağırsaqların normal fəaliyyətinə kömək edən və toxluq hissini daha uzun müddət qoruyan liflər var. Bu xüsusiyyətinə görə alma çəkisinə nəzarət edən insanların qida rasionuna faydalı əlavə ola bilər.
Bundan əlavə, almanın tərkibindəki antioksidantlar hüceyrələri zədələnmədən qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edir. Həkim meyvənin tərkibindəki qida maddələrinin immunitet, kollagen istehsalı və toxumaların bərpası prosesləri üçün də faydalı olduğunu qeyd edib.
Dietoloq almaları təzə və ya sobada bişirilmiş halda yeməyi tövsiyə edib, çünki bu formalarda meyvə qida liflərini qoruyub saxlayır. Onun fikrincə, alma şirəsi daha az faydalıdır.
Hüseyn İbadlı
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü














.png)





















