Gündə 30 dəqiqəlik vərdiş onu 48 kilo arıqlatdı - İnanılmaz dəyişiklik
Bizi izləyin

Sağlamlıq

Gündə 30 dəqiqəlik vərdiş onu 48 kilo arıqlatdı - İnanılmaz dəyişiklik

Gündə 30 dəqiqəlik vərdiş onu 48 kilo arıqlatdı - İnanılmaz dəyişiklik

Böyük Britaniyada yaşayan 45 yaşlı basketbol məşqçisi Nik Dreyn sadə bir vərdiş sayəsində altı ilə 48 kiloqram arıqlayıb. Bir vaxtlar axşamlar 8,5 litrədək pivə içə bilən kişinin həyatını dəyişən əsas addım idmanla müntəzəm məşğul olmaq olub.

Publika.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb.

Dreynin sözlərinə görə, 30 yaşında çəkisi 150 kiloqram, boyu isə 193 santimetr olub. O, günə iki kolbasa, iki qızardılmış yumurta, pendir və soğandan ibarət səhər yeməyinin üç porsiyası ilə başlayırdı. Nahar zamanı bir neçə sendviç və çips alır, axşam isə fastfud sifariş edir və ya bütöv qril toyuq yeyirdi. Yerli kababxanada onun üçün xüsusi olaraq çips, pendir və mayonez əlavə edilmiş üçqat kabab hazırlanırdı.

Britaniyalının həyatında dönüş nöqtəsi 2020-ci ilin avqustunda baş verib. O, bir axşam bir qutudan çox pivə içdiyini və buna baxmayaraq sərxoş olmadığını anlayıb. Bu vəziyyət onu vərdişlərini dəyişməyə vadar edib.

Dreyn qarajında velotrenajor quraşdıraraq hər gün 30 dəqiqə məşq etməyə başlayıb. O vaxtdan bəri heç bir məşqi buraxmadığını deyən kişi hətta çətin günlərdə də idmandan imtina etməyib.

“Atamı və iki dostumu itirəndə belə trenajora otururdum. Koronavirusa yoluxanda, ürəyim bulananda və ishal olanda da məşq edirdim”, - deyə o bildirib.

Bir ay sonra məşqlərinə jim hərəkətlərini əlavə edən Dreyn daha sonra idman zalında ağırlıq qaldırmağa başlayıb. Bununla yanaşı, qidalanmasını da ciddi şəkildə dəyişib, hazır yeməklərin və alkoqolun istehlakını kəskin azaldıb.

Nəticədə britaniyalı altı il ərzində 48 kiloqram arıqlamağa nail olub.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm