Gündə neçə saç teli tökülür? - Mütəxəssis normanı açıqladı
Bizi izləyin

Sağlamlıq

Gündə neçə saç teli tökülür? - Mütəxəssis normanı açıqladı

Gündə neçə saç teli tökülür? - Mütəxəssis normanı açıqladı

Saçların gündəlik tökülməsi onların sıxlığından və quruluşundan asılıdır. Orta hesabla gün ərzində 80–120 saç telinin tökülməsi normal hesab olunur.

Publika.az xəbər verir ki, bu barədə trixoloq Anna Alvares aif.ru-ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, hər insanda saç tökülməsinin norması fərqlidir. Saçları nazik və seyrək olan insanlarla sıx saçlı şəxslərdə tökülən tellərin sayı eyni olmaya bilər.

O, gün ərzində tökülən saçların dəqiq sayını müəyyənləşdirməyin çətin olduğunu qeyd edib. Çünki saç telləri yolda, işdə və ya daranma zamanı hiss olunmadan tökülə bilər. Onların böyük hissəsi isə yalnız baş yuyularkən nəzərə çarpır.

Trixoloq Yeseniya Qudova isə payızda saç tökülməsinin yalnız mövsümi dəyişikliklərlə bağlı olmadığını bildirib. Onun sözlərinə görə, yayda keçirilən xəstəliklər, güclü stress və qısa müddətdə sürətlə çəki itirmək də saçların vəziyyətinə mənfi təsir göstərə bilər.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm