Paket çaylarda təhlükə: Bir fincanda 2500 mikroplastik hissəcik aşkarlandı
Bizi izləyin

Sağlamlıq

Paket çaylarda təhlükə: Bir fincanda 2500 mikroplastik hissəcik aşkarlandı

Paket çaylarda təhlükə: Bir fincanda 2500 mikroplastik hissəcik aşkarlandı

Plastik çay paketləri qaynar suda dəmləndikdə içkiyə minlərlə mikroplastik hissəcik və potensial zərərli kimyəvi maddələr buraxa bilər.

Publika.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri "npj Science of Food" elmi jurnalında dərc olunub.

Alimlər dörd markanın plastik paketlərdə satılan çayları araşdırıb və nəticələri 14 nümunə ilə təmsil olunan yarpaq çayı ilə müqayisə ediblər. Çay nümunələri təxminən 95 dərəcə temperaturda üç dəqiqə dəmləndikdən sonra analiz edilib.

Məlum olub ki, plastik paketdə dəmlənən bir fincan çayın tərkibində markadan asılı olaraq 555-dən 2498-ə qədər mikroplastik hissəcik ola bilər. Aşkarlanan hissəciklərin hamısı paketlərin hazırlanmasında istifadə olunan poliamid liflərindən ibarət olub. Tədqiqatçılar yalnız ölçüsü 100 mikrometrdən böyük hissəcikləri hesabladıqları üçün daha kiçik hissəciklər diqqətdən kənarda qalmış ola bilər.

Bundan başqa, araşdırılan dörd nümunənin hamısında bisfenol A və plastifikatorlar aşkarlanıb. Plastik istehsalında istifadə olunan bu maddələrin bəziləri hormonal sistemə təsir göstərə bilər. Çay vasitəsilə orqanizmə daxil olan bisfenol A-nın hesablanmış miqdarı Avropa Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi gündəlik yol verilən həddin 21,7 faizinə çatıb.

Yarpaq çayında da mikroplastik aşkar edilsə də, onun miqdarı xeyli aşağı olub. İki qram quru çay yarpağında təxminən 0,3-2,4 mikroplastik hissəcik qeydə alınıb.

Tədqiqat müəllifləri vurğulayıblar ki, əldə olunan nəticələr plastik paketlərdə dəmlənən çayın insan sağlamlığına zərər verdiyini sübut etmir. Bununla belə, mikroplastik və kimyəvi maddələrlə təması azaltmaq üçün yarpaq çayına üstünlük vermək, onu metal və ya keramika dəmləyicilərlə hazırlamaq tövsiyə olunur.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm