Sağlamlıq
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
Payız və qış aylarında düzgün qidalanma immun sisteminin fəaliyyətini dəstəkləyə bilər. Dietoloq Polin Koks soyuqdəymə və qrip riskini azaltmaq üçün gündəlik rasiona daxil edilməli qidaları açıqlayıb.
Publika.az xəbər verir ki, mütəxəssisin sözlərini “Daily Mirror” nəşri yayıb.
Dietoloq vurğulayıb ki, virusları müalicə edən və ya onlardan tam qoruyan xüsusi qida mövcud deyil. Onun sözlərinə görə, xəstəliklərə qarşı möcüzəvi məhsul axtarmaqdansa, qida maddələri ilə zəngin, müxtəlif və təbii məhsullardan ibarət yeməklərə üstünlük vermək lazımdır.
Koks immun sisteminin fəaliyyətini dəstəkləmək üçün yağlı balıq, yumurta, ət, süd məhsulları və paxlalı bitkilərin müntəzəm istehlakını tövsiyə edib. O, həmçinin kifayət qədər zülal qəbul etməyin vacibliyini qeyd edib. D vitamini və sinklə zəngin qidaların rasiona əlavə olunması da faydalı hesab edilir.
Bununla belə, dietoloq düzgün qidalanmanın virusa yoluxmadan qorunmağa zəmanət vermədiyini bildirib.
Soyuqdəymə mövsümündə yoluxma riskini azaltmaq üçün əlləri tez-tez yumaq, qapalı məkanları havalandırmaq, kifayət qədər yatmaq və tövsiyə olunan peyvəndləri vurdurmaq da məsləhət görülür.
Müəllif: Adəm
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər






































.jpg)
