Sağlamlıq
Saqqız qadağan edilə bilər - Görün tərkibində nə var
ABŞ-ın Nyu-Cersi ştatında tərkibində mikroplastik ola biləcəyi üçün saqqız satışının qadağan edilməsi təklif olunur.
Publika.az xəbər verir ki, bu barədə “Independent” nəşri məlumat yayıb.
“Mikroplastikdən qorunma haqqında qanun” adlanan təşəbbüsün məqsədi mikroskopik plastik hissəciklərin insanlara təsirini azaltmaqdır. Qanun layihəsi şirkətləri saqqız, çay paketləri, üyüdülmüş qəhvə və heyvan yemləri kimi məhsulların tərkibində mikroplastikin olub-olmadığını göstərməyə məcbur edəcək. Mikroplastik, ölçüsü 5 millimetrədək olan sintetik hissəciklər hesab olunur.
Sənəd hazırda müzakirə mərhələsindədir. Təklif qəbul edilərsə, istehsalçılara yeni tələbləri yerinə yetirmək üçün üç il vaxt veriləcək. İlk mərhələdə məhsulların etiketlərində mikroplastikin mövcudluğu qeyd olunmalı, daha sonra isə nəzərəçarpan xəbərdarlıqlar yerləşdirilməlidir. Üçüncü ilin sonunda qadağan olunmuş materialları ehtiva edən məhsulların ştatda satışına icazə verilməyəcək.
Bəzi saqqız növlərinin tərkibində sintetik polimerlər var. Araşdırmalar göstərir ki, saqqız çeynəyərkən mikroplastik hissəciklər tüpürcəyə qarışaraq udula bilər. Bununla belə, ABŞ-ın Qida və Dərman Administrasiyası bu səviyyələrdə mikroplastikin insan sağlamlığına zərər verdiyini təsdiqləyən elmi sübutların hələlik olmadığını bildirir.
Hazırda qanun layihəsinə müvafiq komitədə baxılır. Sənədin qanuna çevrilməsi üçün hər iki palatadan keçməsi və ştat qubernatoru tərəfindən imzalanması tələb olunur. Təşəbbüs təsdiqlənərsə, araşdırma və nəzarət tədbirlərinə 3 milyon dollar ayrılacaq.
Müəllif: Adəm
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq







































.jpg)
