Sağlamlıq
Dəri problemlərinin gizli səbəbi aşkarlandı
Alimlər bu qənaətə gəliblər ki, maqnezium çatışmazlığı dəridə iltihabın yaranmasına, yaraların sağalmasının ləngiməsinə və dərinin qoruyucu funksiyalarının pozulmasına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “Nutrients” jurnalında dərc olunan araşdırmada deyilir.
Tədqiqatçılar maqneziumun dərinin vəziyyətinə və dermatoloji xəstəliklərin inkişafına təsiri ilə bağlı elmi məlumatları təhlil ediblər. Bu mineral maddələr mübadiləsi, enerji istehsalı və immun sisteminin fəaliyyəti üçün zəruri olan 600-dən çox fermentativ reaksiyada iştirak edib.
Məlum olub ki, maqnezium dəri hüceyrələrinin yenilənməsində, kollagenin istehsalında və epidermisin qoruyucu baryerinin saxlanılmasında mühüm rol oynayır. Bundan əlavə, o, iltihabi prosesləri tənzimləməyə və hüceyrələri vaxtından əvvəl qocalmağa səbəb olan oksidləşdirici stressdən qorumağa kömək edir.
Maqnezium çatışmazlığı zamanı bu mexanizmlərin fəaliyyəti pozula bilər. Nəticədə dəri zədələnmələrə qarşı daha həssas olur, iltihab güclənə, toxumaların bərpası isə ləngiyə bilər.
Alimlər həmçinin maqnezium çatışmazlığının psoriaz, atopik dermatit, akne, rozasea və saç tökülməsi ilə mümkün əlaqəsini araşdırıblar. Mütəxəssislər onun xroniki yaraların, o cümlədən diabetik xoraların sağalmasındakı roluna xüsusi diqqət yetiriblər.
Müəlliflər hesab edirlər ki, maqneziumun normal səviyyəsinin qorunması dəri sağlamlığı üçün mühüm şərt ola bilər. Bununla belə, dəri xəstəliklərinin müalicəsi və qocalmanın qarşısının alınması məqsədilə əlavə maqnezium qəbulunun effektivliyi hələ də təsdiqini tələb edir.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq



































.jpg)
.jpg)