Elektron siqaret çəkənlərin nəzərinə! - Daha bir ölüm faktı(FOTO)
Bizi izləyin

Sağlamlıq

Elektron siqaret çəkənlərin nəzərinə! - Daha bir ölüm faktı(FOTO)

Elektron siqaret çəkənlərin nəzərinə! - Daha bir ölüm faktı(FOTO)

Adi siqareti əvəz edən veyplərin (Elektron siqaret-red.) ölümə səbəb olması barədə daha bir fakt aşkarlanıb.

Publika.az "112" "Telegram" kanalına istinadən xəbər verir ki, növbəti ölüm hadisəsi Rusiyada baş verib. Belə ki, Primorye sakini uzun müddət veypdən istifadə etdiyi üçün səhhətində ağırlaşma yaranıb. O, bu səbəbdən xəstəxanaya yerləşdirilib. Həkimlər ağırlaşmanını veypdən qaynaqlandığını təsdiqləyiblər.

"Telegram" kanalının məlumatına görə, Kavalerovodan olan xəstənin 33 yaşı olub.
"Kişidə ağır nəfəs darlığı yarandığı üçün təcili tibbi yardıma müraciət edib. Həkimlər sonradan ona ikitərəfli pnevmoniya, ağciyər fibrozu və vərəm diaqnozu qoyublar. Xəstənin vəziyyəti tezliklə pisləşib. Ona leykemiya diaqnozu da qoyulub və bu, sonradan tənəffüs çatışmazlığına səbəb olub", - məlumatda qeyd edilib.

Nəşrin məlumatına görə, xəstə reanimasiyaya köçürülsə də onu xilas etmək mümkün olmayıb. Həkimlərin sözlərinə görə, xəstənin belə bir duruma düşməsinə səbəb olan əsas amillərdən biri məhz siqaret çəkmək olub. Kişi 17 il imiş ki, veypdən istifadə edirmiş. Vərəm və digər xəstəliklər də onun vəziyyətinə təsir edib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm