Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi
Bizi izləyin

Sağlamlıq

Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi

Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi

İş yerində qısa müddətli gündüz yuxusu (mürgüləmək) 20–30 dəqiqəni keçmədiyi təqdirdə faydalıdır.

Publika.az xəbər verir ki, bunu “Posturato” klinikasının nevroloq-refleksoterapevti Milyauşa Məmmədəliyeva Gazeta.ru-ya bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində orqanizm yuxunun dərin mərhələlərinə keçmir və oyanmaq asan olur. Bu da diqqəti və yaddaşı yaxşılaşdırır, stressi azaldır. Daha uzun müddət yatdıqda isə yuxu ətaləti yaranır: insan özünü əzgin hiss edərək, baş ağrısı və zehində “dumanlılıq”la oyanır. Nəticədə istirahətin faydası aradan qalxır.

Həkim xəbərdarlıq edib ki, hətta qısa müddətli yuxu da xroniki yuxusuzluq, diabet və metabolik pozğunluqları, eləcə də hipotoniyası olan insanlara zərər verə bilər. İstirahət üçün ən münasib vaxt saat 13:00-dan 15:00-dəkdir. Zəngli saatı isə 25 dəqiqəyə qurmaq məsləhətdir.

Bundan əvvəl bir saatdan çox davam edən müntəzəm gündüz yuxusunun yaşlı insanlarda ölüm riskinin artması ilə əlaqəli olduğu bildirilmişdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm