Sağlamlıq
Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
Tənhalıq ürək-damar xəstəlikləri riskini artırır.
Publika.az xəbər verir ki, bu fikri məşhur həkim, nevroloq və Sistemik Sağlamlıq Akademiyasının təsisçisi Aleksey Mamatov Rusiya mediasına müsahibəsində deyib.
O qeyd edib ki, sağlamlığa digər amillər də ciddi təsir göstərir: "Əlbəttə tənhalıq ürək-damar xəstəlikləri riskini artıra bilər. Lakin belə anlamaq olmaz ki, bir insanda təkcə tənhalıq bu xəstəliklərin yeganə səbəbi olub. Burada həyat tərzi, səhiyyə xidmətlərinə çıxış imkanları və digər amillər də sağlamlığa təsir göstərir".
Mamatov qeyd edib ki, insanlar sosiallıqdan, qarşılıqlı əlaqə və dəstəkdən məhrum olduqda, müntəzəm rejim saxlamaq və gəzinti, aktiv fiziki fəaliyyət və əyləncəli məşğuliyyətlər üçün motivasiya tapmaq daha da çətinləşir. Ekspertin izah etdiyi kimi, bu cür durum bədənin tonusuna zərər verir: "Bu vəziyyət əslində həmin şəxslər üçün ardıcıl, idarəolunan idman tələb edir. Hətta gündəlik yarım saatlıq gəzinti belə sağlamlığa müsbət təsir göstərə bilər".
Mütəxəssis uzunmüddətli tənhalığın ciddi fəsadlara yol açdığının sübut olunduğunu bildirib: "Əgər bir insanın narahatlıqlarını bölüşəcək və ya dəstək üçün müraciət edəcək dostu, yaxını, ailəsi yoxdursa, gündəlik çətinliklər onun üçün daha ağır hiss oluna bilər. Uzunmüddətli tənhalıq depressiya və narahatlıq riskinin artması ilə əlaqələndirilir. Bu, mütləq tənhalığın xəstəliyə səbəb olacağı anlamına gəlmir. Lakin bu cür durum həssaslıq faktoruna çevrilə bilər".
Onun sözlərinə görə, tənhalıq demensiya riskinin artması ilə də əlaqələndirilir.
Müəlif: Tural
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO

























.jpg)










.jpg)

.jpg)