Sağlamlıq
Evdə biri qripə yoluxubsa, digərləri necə qorunsun? - Həkimdən VACİB TÖVSİYƏLƏR
Ailənin bir üzvü qripə yoluxduqda digər şəxslərin də virusa yoluxma riskini azaltmaq üçün müəyyən qoruyucu tədbirlərə əməl etməsi vacibdir. Xəstə ilə yaxın təmasın məhdudlaşdırılması, əllərin mütəmadi yuyulması, evin havalandırılması və dezinfeksiya qaydalarına riayət edilməsi yoluxmanın qarşısını almağa kömək edə bilər.
Publika.az xəbər verir ki, bunu ümumi praktika həkimi Azamat Jambeyev "RİA Novosti"yə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, qrip virusunun ötürülmə riski xüsusilə xəstəliyin əlamətləri üzə çıxdıqdan sonrakı ilk sutkada yüksək olur. Buna görə də qoruyucu tədbirlərə dərhal başlamaq lazımdır.
Mütəxəssis ilk növbədə xəstə ilə yaxın təmasın azaldılmasını və arada ən azı bir metr məsafə saxlanılmasını tövsiyə edib. Xəstə ümumi istifadə olunan otaqlara çıxarkən tibbi maska taxmalı, öskürərkən və asqırarkən ağzını, burnunu salfet və ya dirsəyinin iç tərəfi ilə örtməlidir. İstifadə edilmiş salfet isə dərhal atılmalıdır.
Həkim mənzilin hər iki saatdan bir havalandırılmasını məsləhət görüb. Onun sözlərinə görə, qapalı məkanlarda virus hissəciklərinin konsentrasiyası tədricən artır, təmiz hava isə bunu azaltmağa kömək edir.
Bundan başqa, evdə temperatur və rütubət səviyyəsinə də diqqət yetirilməlidir. Optimal rütubət 40-60 faiz, temperatur isə 18-22 dərəcə olmalıdır.
Jambeyev qrip virusunun yayılmasının qarşısını almaq üçün əllərin ən azı 20 saniyə sabunla yuyulmasını və ya spirt tərkibli antiseptiklə təmizlənməsini vacib sayıb. Bu, xüsusilə xəstə şəxslə və onun əşyaları ilə təmasdan əvvəl və sonra edilməlidir.
Həkim, həmçinin qapı tutacaqlarının, elektrik açarlarının, masaların, telefonların və pultların gündə ən azı iki dəfə dezinfeksiya edilməsini tövsiyə edib.
Mütəxəssisin sözlərinə görə, qripdən əvvəlcədən qorunmağın ən effektiv üsullarından biri də peyvənddir. Peyvənddən sonra orqanizmdə anticisimlər təxminən iki həftə ərzində formalaşır. Buna görə də qrip mövsümü başlamazdan əvvəl vaksinasiya olunmaq daha məqsədəuyğundur.
Müəllif: Adəm
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)























.jpg)
.jpg)
