Sağlamlıq
Mədəaltı vəzi xərçənginin gizli əlamətləri - Həkimlər xəbərdarlıq etdi
Mədəaltı vəzi xərçəngi bəzi hallarda gözlənilməz simptomlarla özünü büruzə verə bilər. Həkimlər xəstəliyin erkən əlamətləri sırasında həzmsizlik, davamlı bel və qarın ağrısı, qəfil diabet yaranması və dəridə qaşınmanı qeyd ediblər.
Publika.az xəbər verir ki, bu barədə PanCAN (Mədəaltı vəzi xərçəngi ilə mübarizə təşkilatı) və Amerika Xərçəng Cəmiyyətinin (ACS) mütəxəssisləri "Men's Journal" nəşrinə danışıblar.
Mütəxəssislərin sözlərinə görə, şişlərin yaxınlıqdakı sinir və orqanlara təzyiq göstərməsi həzmsizliyə, eləcə də keçməyən bel və qarın ağrılarına səbəb ola bilər.
Onkoloqlar 50 yaşdan yuxarı insanlarda qəfil diabet yaranmasının da xəstəliyin mümkün əlaməti olduğunu bildiriblər.
ACS-nin mütəxəssisləri digər xəbərdaredici simptomlar sırasında dəridə qaşınma, gözlərin saralması, sidiyin tündləşməsi, nəcisin açıq rəngli və ya yağlı olmasını göstəriblər.
Bundan başqa, səbəbsiz çəki itkisi və əsasən ayaqlardakı iri venalarda qan laxtalarının yaranması da mədəaltı vəzi xərçəngindən xəbər verə bilər.
Qeyd edək ki, bu əlamətlər mütləq xərçəng xəstəliyinin olması demək deyil, lakin davamlı və izaholunmaz simptomlar müşahidə edildikdə həkimə müraciət etmək vacibdir.
Müəllif: Adəm
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm


































.jpg)
.jpg)

