Sağlamlıq
Bütün evlərdə olan bu məhsullar xərçəngə səbəb olurmuş
Mütəxəssislər gündəlik həyatda istifadə olunan bəzi məhsulların və əşyaların xərçəng riskini artıra biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Publika.az xəbər verir ki, “Health” nəşrinə müsahibə verən həkimlər Cey Lutar və Deril Eber mənzillərdəki gizli təhlükə mənbələrinə diqqət çəkiblər.
C. Lutar bildirib ki, kəskin ətirli təmizlik vasitələri və elektrikli hava təravətləndiricilərində zərərli kimyəvi maddələr var. Həkim bu vasitələrdən hər gün deyil, yalnız zəruri hallarda — çətin ləkələri və kəskin qoxuları aradan qaldırmaq üçün istifadə etməyi məsləhət görüb.
D. Eber isə aspiratorsuz işlədilən sobaların risk yaratdığını qeyd edib. O, həmçinin mebel alarkən tərkibində formaldehidin olmamasına əmin olmağı tövsiyə edib. Mütəxəssisin sözlərinə görə, bu maddə ilə tez-tez təmas xərçəngin bir neçə növünə təkan verir.
Bundan əlavə, C. Lutar ləkəgötürməyən örtüklərə daxil olan perftoroktan turşusunun da kanserogen olduğunu bildirib. O, xüsusilə uşaqlar üçün nəzərdə tutulan və yataq mebellərində təbii parçalara üstünlük verməyə çağırıb. (Qafqazinfo)
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu – Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü

















.jpg)


.jpg)
















