Saç tökülməsinin səbəbi ciddi xəstəliklər ola bilər - Trixoloqdan XƏBƏRDARLIQ
Bizi izləyin

Sağlamlıq

Saç tökülməsinin səbəbi ciddi xəstəliklər ola bilər - Trixoloqdan XƏBƏRDARLIQ

Saç tökülməsinin səbəbi ciddi xəstəliklər ola bilər - Trixoloqdan XƏBƏRDARLIQ

Saçın intensiv tökülməsi onkoloji xəstəliklər, yumurtalıqların iltihabı və qalxanabənzər vəzinin fəaliyyətindəki pozuntularla əlaqəli ola bilər.

Publika.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə trixoloq Anna Alvares bildirib.

Onun sözlərinə görə, saç tökülməsinin qarşısını almaq üçün ilk növbədə problemin səbəbi müəyyənləşdirilməli və müalicə olunmalıdır. Alvares qeyd edib ki, vitamin kompleksləri və bioloji aktiv qida əlavələri əksər hallarda problemin kökünü həll etmir.

Həkim müayinənin gecikdirilməsinin təhlükəli olduğunu vurğulayıb. O, saçların sağlamlığını və böyüməsini dəstəkləmək üçün rasiona daha çox meyvə, tərəvəz və giləmeyvə əlavə etməyi tövsiyə edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm