Sağlamlıq
Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
Həkim-endokrinoloq Zuxra Pavlova acı qəhvə içmək vərdişinin beyinlə bağırsaq arasındakı əlaqə sayəsində formalaşdığını bildirib.
Publika.az xəbər verir ki, o, acı içkiyə meylin səbəbini özünün "Telegram" kanalında izah edib.
Həkimin sözlərinə görə, amerikalı alimlər bu yaxınlarda bağırsağın qəbul edilən qida maddələri barədə beyinə məlumat ötürdüyü, “yavaş dopamin yolu” adlanan mexanizmi aşkar ediblər.
“Qısaca desək, beyin içkinin və ya yeməyin dadını sonradan, yəni bağırsaq vasitəsilə yaranan təsirlə əlaqələndirməyi öyrənir”, – Pavlova izah edib.
O, qəhvə nümunəsində beynin acı daddan sonra gümrahlıq yarandığını mənimsədiyini dəqiqləşdirib.
Endokrinoloq əlavə edib ki, bu mexanizm insanın əvvəlcə xoşagəlməz hesab etdiyi məhsulları zaman keçdikcə niyə sevməyə başladığını izah etməyə kömək edir. Buna acı qəhvə və tünd şokolad nümunə ola bilər. Həkimin fikrincə, bu mexanizm qida vərdişlərinin formalaşmasına da təsir göstərə bilər, çünki orqanizm yalnız dadı deyil, onun ardınca yaranan təsiri də yadda saxlayır.
Hüseyn İbadlı
-
Sağlamlıq21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin220:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO
-
Avropa20:00Zelenski Əbu-Dabidəki üçtərəfli görüşdən danışdı - Nələr müzakirə edilib?
-
İdman19:36Emin Abbasova yüksək vəzifə verildi
-
Region18:36İran yeni yeraltı raket şəhərciyini istifadəyə verdi
-
ABŞ18:24Heqset ona qarşı impiçment təşəbbüsünə belə reaksiya verdi






















.jpg)














