Qəhvənin daha bir faydası üzə çıxdı
Bizi izləyin

Sağlamlıq

Qəhvənin daha bir faydası üzə çıxdı

Qəhvənin orqanizm üçün faydalı olduğunu, demək olar ki, hamı bilir. Ehtiva etdiyi antioksidantlar sayəsində bir çox xəstəliyin qarşısını alan qəhvənin daha bir faydası üzə çıxıb. Dünya Xərçəng Araşdırmaları Fondunun həyata keçirdiyi tədqiqatlar gündə 1 fincan qəhvə içməyin qaraciyər xərçənginə tutulma riskini azaltdığını ortaya çıxarıb.

Əvvəllər qəhvənin sadəcə dəri xərçəngindən qoruduğu və daha çox kalori xərcləməyə kömək etdiyi bilinirdi.

İndi isə mütəxəssislər qaraciyər xərçəngindən müdafiə üçün hər səhər bir fincan qəhvə içməyi məsləhət görürlər.

Qeyd edək ki, bu tövsiyəyə əməl etsəniz, qaraciyər xərçənginə yaxalanma riskiniz 14 faiz azalacaq.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm