Sağlamlıq
Sağlamlığın ən yaxşı dostu - nar sirkəsi
Nar sirkəsinin çox faydalı olduğu qədim zamanlardan bəri bilinir. Ancaq son zamanlar nar sirkəsi bütün dünyada populyarlaşır.
Nar bol miqdarda antioksidant ehtiva edən bir meyvədir. Qanı artıran, orqanizmə dinclik bəxş edən nar sadəcə sağlamlığın keşiyində dayanmır. Nar həm də gözəllik üçün əvəzedilməz məhsuldur.
Bu meyvə sızanaqları yox edir və dərini gözəlləşdirir.
Narın sirkəsi isə daha tez təsir göstərir. Artıq dünyanın bir çox ölkəsində fəaliyyət göstərən gözəllik mərkəzlərində nar sirkəsiylə edilən proseduralar var.
Sirkə adətən almadan və üzümdən hazırlanır. Marketlərdə nar sirkəsi tapmaq çətindir. Ancaq təəssüflənməyə dəyməz. Çünki nar sirkəsini evdə da hazırlaya bilərsiniz.
İstədiyiniz miqdarda nar götürüb sıxaraq suyunu çıxarın. Yerdə qalan dənələri qabıqdan təmizləyib nar suyunun içərisinə qatın. Nar suyunun üzərinə elə özü qədər normal su əlavə edin. Bu qarışımı şüşə qaba doldurub içərisinə bir xörək qaşığı qaya duzu tökün. Qabın ağzını təmiz parçayla bağlayın. Rezin və ya başqa qapaqlardan istifadə etməyin ki, qaba hava daxil ola bilsin.
Qabı qaranlıq və rütubətsiz yerdə saxlayın. 2 ay sonra nar sirkəniz istifadə üçün hazır vəziyyətə gələcək.
Süzgəcdən keçirərək təmiz bir şüşə qaba tökün.
Nar sirkəsini həm salatlara əlavə edə bilərsiniz. Həm də hər səhər və ya axşam üzünüzü bu sirkəylə silə bilərsiniz.
Nar sirkəsi sağalmlığınıza yaxşı təsir edəcək, üstəlik, dərinizi gözəlləşdirəcək.
Ləman Sultan
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial15 Aprel 17:23Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika15 Aprel 16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı














.jpg)






















