Sağlamlıq
Tez-tez acanlara nə yemək tövsiyə olunur?
Yeməkdən az sonra acanlara lifli qidalar yemək təklif olunur. Diyetoloqlar iddia edir ki, acdırmayan və toxluq hissi yaradan lifli qidalar həm də sağlamlıq üçün çox faydalıdır. Türkiyəli diyetoloq Pınar Kural Enç tez-tez acanlara onları tox tutacaq qidaların siyahısını tərtib edib və onların faydaları barədə məlumat verib.
Publika.az türkiyəli diyetoloqun həmin məsləhətlərini təqdim edir:
Paxla: Faydaları sadalamaqla bitməyən paxlalı bitkilər lif qaynağıdır. Sinir sisiteminin dostudur. Karbohidrat tərkibli olduğu üçün insanı tox saxlayır. Maqnezium, kalium, kalsium, dəmir, B vitamini və mineral tərkiblidir. Gec həzm olunduğu üçün qandakı şəkəri nizamlayır. Bizim özümüzü tox hiss etməyimiz üçün bədəndə qan şəkərinin normada olmağı çox önəmlidir. Lif tərkibli olduqları üçün mədədə tez parçalanır.Nəticədə karbohidrat və proteinin sorulmasını asanlaşdırır, qəbizliyin qarşısını alır. Paxlalı bitkilər liflə zəngin qidalar olduğuna görə, bağırsaqların işləməsini də nizamlayır. Maqnezium və kalsium sümükləri gücləndirir.
Badam: Arıqlamağa təsir edən badam: sink, dəmir, kalsium, potassium, E vitamini kimi minerallar və vitaminlərlə zəngindir. Badamda Omeqa3-ün səviyyəsi çox yüksəkdir. Badamın tərkibindəki sağlam yağlar və liflər toxluq hissi yaradır. Bağırsaqların hərəkətini artırır. Pəhriz saxlayanların əsas çərəzi olan badam gündə ən çox 10-15 ədəd yeyilə bilər.
Portağal: C vitamini ilə zəngin olan portağalın tərkibində B və E vitaminləri, fosfor, maqnezium və kalium mineralı da var. Portağal eyni zamada mis, sink, dəmir manqan və proteinlə zəngindir. Bu maddələr immuniteti gücləndirir. Liflə zəngin olan portağal bütöv şəkildə yeyilməlidir. Əgər portağalın təkcə şirəsini içsəniz liflərindən kifayət qədər faydalana bilməzsiniz. Portağal bədənimizdəki zərərli maddələri təmizləyir. Dərinin sağlamğı üçün də çox faydalıdır. Dərinin təravətli və qüsursuz görünməsinə yardımçı olmaqla yanaşı, dəri qırışlarının qarşısını alır. Həzmi asanlaşdırır və qəbizliyi aradan qaldırır. Tərkibində C vitamininin həcmi çox olan portağal, bədəndəki yağların yanmağını da tezləşdirir.
Fidan
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi