Sağlamlıq
Boyun ağrılarını aradan qaldıran təsirli metodlar

Publika.az-ın sağlamlıq bölməsi boyun tutulmasını və ağrılarını aradan qaldıran metodları təqdim edir:
Stress insan orqanizmində bir çox problemə yol açır. Boyun tutulması da həmin problemlərdən biridir. Bəs boyun ağrısını necə azaltmaq olar?
Bunun üçün sadə günlük hərəkətlərə diqqət ayırmaq yetərlidir. Oturarkən səhv oturmamaq və ya oturaq halda çox işləməmək, ağır yük qaldırmamaq bu cür problemləri əməliyyatsız qismən aradan qaldırır.
Mütəxəssislər iş rejimini nəzərə alaraq, sağlam qidalanmağa vərdiş etməyin və vaxt tapdıqda sağlamlığa faydası olan idman hərəkətlərinin əhəmiyyətli olduğunu bildirirlər.
İsti su torbasını və ya isti kisəni boynumuza tutaraq bu bölgədəki əzələlərin yumşalmasını təmin etmək mümkündür.
Həyat yoldaşınızdan, ya da evdəkilərdən boyundan başa doğru irəliləyən əzələləri masaj etməsini xahiş edin. Masaj boyun əzələlərini rahatlaşdırır, ağırını azaldır.
Başı saat istiqamətində 7-8 dəfə döndərmək boyundakı əzələlərin işini və yaxşılaşmasını təmin edir. Masa başında çalışarkən gündə 2-3 dəfə bu hərəkətləri təkrar edin və boyun əzələlərini gücləndirin.
Çiyinləri önə və arxaya doğru dairəvi hərəkətlərlə işlətmək də boyun ağrılarını azaldır.
Boyun ağrısından xilas olmaq üçün stressdən uzaq durun. Bu üsul çox təsirlidir. Dərindən nəfəs alın, nəfəsinizi bir neçə saniyə saxlayın və sonra yavaşca verin. Dərindən nəfəs almaq və nəfəs məşqləri stressi azaldır.
Plitka şokoladın tərkibindəki bəzi birləşmələr qan dövranını sürətləndirir və yorğun əzələlərin özünə gəlməsini təmin edir. Bundan başqa, qaragilə, nar, balqabaq tumu, zəncəfil və gilas kimi qidaların əzələ ağrısını azaldan təsirləri ilə məlumdur.
Aytən

-
Rəsmi xronika13:13
İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:06
Azərbaycan, ABŞ və İsrailin erməniləri qorxuya salan planı: İrəvanda nədən narahatdırlar?
-
Rəsmi xronika11:46
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - FOTO
-
Sosial11:18
Pensiya və sosial yardım alanların nəzərinə!
-
Avropa10:30
Zelenski vəd verib, yerinə yetirsin! - Poroşenko şok detalı açıqladı
-
Region10:12
İstanbulda təxribat təhlükəsi: metro və yollar bağlandı - Nə baş verir?
-
Region09:54
Türkiyədə hökuməti devirmək istəyirmişlər: İsmayıl Saymaz da saxlanıldı
-
Dünya09:18
Saxlanılan İmamoğludan ilk açıqlama: Onun həbsini kim sifariş edib? - VİDEO