Dondurma ilə yayın istisindən qorunun!
Bizi izləyin

Sağlamlıq

Dondurma ilə yayın istisindən qorunun!

Yay aylarının ən faydalı və dadlı şirniyyatı dondurmadır. Dondurma əsl şəfa qaynağıdır. Günəşin mənfi təsirindən qorunmaq və istiyə dözümlü olmaq üçün gündə bir ədəd dondurma yemək olar. Dondurmanın tərkibində bol miqdarda zülal, kalsium, vitamin və minerallar var.

Ancaq son günlər süddən hazırlanan dondurmaların yerini qatıq dondurması tutub. ABŞ, Kanada kimi ölkələrdə qatıq dondurması satışları sürətlə artır. Bunun da səbəbi daha az kalorili olması və insanın susuzluğunun qarşısını almasıdır.

Hələ qatıq dondurması yeməmisinizsə, ev şəraitində hazırlayıb dadına baxa bilərsiniz.

Publika.az şaftalılı qatıq dondurması reseptini təqdim edir:

Tərkibi:

2 ədəd iri şaftalı

1 çay qaşığı vanil

8 xörək qaşığı şəkər tozu

600 qram qatıq (təzə)

Hazırlanması:

Şaftalıları yuyun, soyun və rəndədən keçirin.

Üzərinə 2 qaşıq şəkər tozu əlavə edib qarışdırın. Başqa bir qaba qatığı, vanili və qalan şəkər tozunu töküb mikserdən keçirin.

Şaftalını da içərisinə əlavə edib təkrar qarışdırın.

Qarışığı qapaqlı rezin bir qaba töküb soyuducuya qoyun.

Gün ərzində 3 dəfə (2 saatdan bir) soyucudan çıxarıb təkrar mikserlə çırpın.

8 saat sonra dondurma hazır olacaq. Şaftalı dilimləri ilə bəzəyərək süfrəyə verin.

Nuş olsun!

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm