Sağlamlıq
Uşaqların həddən artıq kökəlməsinin qarşısını alan 7 məsləhət
Uşaqlara doğru və sağlam qidalanma vərdişləri aşılamaq çox önəmlidir. Əks təqdirdə uşaqlarda ciddi sağlamlıq problemləri baş verə bilər. Sağlam qidalanmayan balacaların ən çox üzləşdikləri problem isə piylənmədir.
Körpələrdə piylənmənin qarşısını almaq üçün aşağıdakı 7 məsləhəti diqqətdə saxlayın:
Uşağınıza səhər yeməyi yedizdirin
Fikir versəniz, görərsiniz ki, səhər yeməyi yeməyən uşaqların çoxu kök olur. Çünki gecədən bəri 16-17 saat ac qalan bədənə bir anda bol şəkərli, çox yağlı qidalar daxil olduqda piylənmə gedir. Uşaqlar mütləq səhər yeməyi yeməlidirlər. Səhər yeməyində onlara süd, yumurta, pendir kimi təbii zülal qaynaqları yedizdirin. 5-6 ədəd zeytun və ya 2 ədəd qoz da vermək olar.
Hazır yeməklər almayın
Evinizdə hazır yeməklər olmasa, uşaq da onları yeməyə imkan tapmaz. Paketlənmiş halda satılan konserva, kolbosa, sosiska, hazır şorba kimi qidaların tərkibində bir çox kimyəvi maddə, həmçinin, bol miqdarda şəkər və yağ olur. Belə qidalardan uzaq duran uşaqlarda köklük problemi müşahidə edilmir. Uşağınızda piylənmə gedirsə, dərhal belə qidaları onun menyusundan çıxarın. Tez bir zamanda övladınızın çəkisi ilə boyunun tarazlaşdığını görəcəksiniz.
Uşağa zorla yemək yedizdirməyin
Uşaq doyub doymadığını sizdən daha yaxşı bilir. Uşağınız yaşıdlarından az yesə belə, əsla arxasınca qaçıb zorla xörək yedizdirməyə çalışmayın. Bir müddət sonra uşaq bu davranışınızdan sizə qarşı istifadə edə bilər. Məsələn, xörək yemək üçün müəyyən şərtlər irəli sürə bilər. Ona görə də qoyun uşağınız acanda özü gəlib sizdən yemək istəsin.
Yeni dadları sınaqdan keçirin
Uşaqlar yeməyə adət etdikləri xörəkləri daha çox sevirlər. Yeni dadlara qarşı önmühakiməli davranırlar. Uşaq hər gün kotlet, kartof yemək istəyə bilər. Ancaq həqiqətən acanda məcbur olub brokkolini də yeyəcək. Ona görə də, uşağı yeni dadlarla tanış etməkdən çəkinməyin.
İdmana həvəs yaradın
Basketbol, voleybol kimi komanda ilə baş tutan idman oyunları uşağın həm ictimailəşməsinə kömək edir, həm də hərəkət etməsinə şərait yaradır. Ancaq idman növü uşağın yaşına və bədən quruluşuna uyğun seçilməlidir.
Bir ədəd boşqabdan istifadə edin
Bəzi uşaqların iştahası olmur, bəziləri isə həddən artıq çox yeyir. Sizin də övladınız yeməyi çox sevirsə, kiçik bir hiylə ilə həddən artıq kalori almasının qarşısını ala bilərsiniz.
Orta böyüklükdə bir boşqab götürün və uşağınızın bir öyündə yeyəcəyi salatı, yeməyi və çörəyi bu qabın içərisinə qoyun. Beləliklə, uşağın gözü doyacaq.
Ləman Sultan
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü