Narkoloji Mərkəzdə müalicə alan xəstələrin hamısı köçürüləcək
Bizi izləyin

Səhiyyə

Narkoloji Mərkəzdə müalicə alan xəstələrin hamısı köçürüləcək

“Respublika Narkoloji Mərkəzdən baş verən yanğından xilas edilənlərin müalicəsi müvafiq müəssisələrdə davam etdirilir”.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov məlumat verib.

Onun sözlərinə görə, yaxın zamanda isə Respublika Narkoloji Mərkəzində müalicə olunan bütün xəstələr yeni açılacaq mərkəzə köçürüləcək:

“Yaxın vaxtlarda yeni Narkoloji Mərkəzin istifadəyə veriləcəyi nəzərdə tutulub. Narkoloji asılılıqdan müalicə alanların hamısı Narkoloji Mərkəzin yeni binasında müalicə alacaqlar. Yeni mərkəzin istifadəyə veriləcəyi tarix hələ ki, dəqiq bəlli deyil. Hazırkı Narkoloji Mərkəzin binasının bundan sonra hansı məqsədlə istifadə ediləcəyi barədə də məlumat yoxdur”.

Qeyd edək ki, yeni mərkəz Sabunçu rayonunda yerləşəcək 4 korpusdan və 300 çarpayıdan ibarət olacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm