Səhiyyə
Anadangəlmə ürək qüsuru olan iki uşaq əməliyyat edildi
Anadangəlmə ürək qüsuru ilə doğulan 2 və 4 aylıq uşaqlar əməliyyat edilib.
Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, əməliyyat Bakı Ürək Mərkəzində ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi altında icra olunub.
Əməliyyatlar geniş mədəcikarası çəpərin defekti və ciddi ağciyər (pulmonar) hipertenziya ilə 2 və 4 aylıq uşaqlar üzərində icra edilib. Anadangəlmə ürək qüsurundan əziyyət çəkən körpələr sağlamlığa qovuşublar.
Əməliyyatın mürəkkəbliyi körpələrdə qüsura görə yaranan ciddi ağciyər arteriyasının hipertenziyası və buna bağlı körpələrin inkişafdan geri qalmalarında idi. Adi, kiçik defektlərdən fərqli olaraq, bu cür patologiyaya vaxtında müdaxilə olunmasa, iri defekt ağciyər arteriyasında təzyiqin yüksəlməsinə səbəb olur, ürəkdə ciddi geriyədönməz dəyişikliklərə gətirib çıxarır və bu dəyişikliklərlə bağlı ürək çatışmazlığı əmələ gəlir.
Qüsur aradan qaldırıldıqdan sonra kiçik pasiyentlərimizdə çəkidə artma müşahidə olunub və uşaqlar tezliklə tam sağlam şəkildə evə yazılıblar.
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı