Səhiyyə
Boğaz ağrısı, qızdırma ilə müşayiət olunan xəstəlik barədə RƏSMİ AÇIQLAMA
Hazırda həm uşaqlar, həm də böyüklər arasında boğaz aqrısı, qızdırma, halsızlıq əlamətləri ilə müşayiət olunan xəstəlik əsasən kəskin respirator virus infeksiyasıdır.
Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, kəskin respirator virus infeksiyaları həm böyüklər, həm də kiçiklər arasında müşahidə olunsa da, bu, daha çox kiçik yaşlılar arasında müşahidə edilir.
A.Əliyev əlavə edib ki, insanlar kəskin respirator virus infeksiyası ilə yanaşı, havaların qeyri-sabit keçməsi ilə əlaqədar hazırda insanlar arasında soyuqdəymə hallarına da rast gəlinir: “Valideynlərin uşaqlarını hava şəraitinə uyğun geyindirməməsi, həkimə vaxtında müraciət edilməməsi, düzgün müalicə olunmaması belə hallara səbəb olur”.
A.Əliyeva bildirib ki, ötən il ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 2016-cı illə müqayisədə 11 faizə yaxın azalıb: “Bu ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər azalma müşahidə olunur. Bizə həftəlik daxil olan məlumatlar da onu göstərir ki, son həftələr ərzində, xüsusilə Novruz bayramından sonrakı həftələr ərzində kəskin respirator virus infeksiyalarına yoluxmanın azalması halları 2 dəfəyədək azalıb. Amma buna baxmayaraq, əsk-epidemik tədbirlər davam etdirilir”. (trend)
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin110 Oktyabr 23:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO
-
Səhiyyə10 Oktyabr 22:36
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
-
İdman10 Oktyabr 22:24
Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
-
Avropa10 Oktyabr 21:15
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı belə QƏRAR VERDİ
-
Sosial10 Oktyabr 21:05
Əhmədin müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA