Baş həkim vəzifədən azad olundu (YENİLƏNDİ)
Bizi izləyin

Səhiyyə

Baş həkim vəzifədən azad olundu (YENİLƏNDİ)

Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkim vəzifəsini icra edən Azad Novruzov öz xahişi ilə icraçı vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, o, hazırda xəstəxanın cərrahiyyə şöbəsinin müdiri kimi fəaliyyət göstərir.

Bunu Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Səfayə Əhmədova qeyd edib ki, Azad Novruzovun əvəzinə Qinyaz Məmmədov icraçı vəzifəsinə təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm