Səhiyyə
Səhiyyə Nazirliyində alpinistlərlə bağlı XÜSUSİ KOMİSSİYA yaradıldı
Meyitləri tapılan alpinistlərlə bağlı xüsusi komissiya yaradılıb.
Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.
S.Əhmədova bildirib ki, tapılan alpinistlərin cəsədi dünən Quba rayon Patoloji Anatomiya Birliyinin morquna gətirilib.
“Gecə saatlarında müayinə edilib. Müayinələr başa çatdıqdan sonra meyitlər ailələrə təhvil verilib. Namin Nizami oğlu Bünyatzadənin cəsədi Şəmkir rayonuna, Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin cəsədi Masallı rayonuna aparılıb, Babur Vaqif oğlu Hüseynovun cəsədi isə Bakıya gətirilir”.
S.Əhmədova onu da vurğulayıb ki, Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiyaya Quba rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyin rəisi Çingiz İsgəndərov rəhbərlik edir, komissiyanın üzvləri isə Xaçmaz rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon PMəhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Nizami Qasımovdur.
“Müayinələrin nəticələrin uyğun olaraq tərtib ediləcək rəy Quba rayon prokurorluğuna təqdim ediləcək”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR