19 nəfər Azərbaycan vətəndaşı İİV-dən ölüb
Bizi izləyin

Səhiyyə

19 nəfər Azərbaycan vətəndaşı İİV-dən ölüb

Bu ilin birinci yarım ili ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 11,0%-i, 1987-2017-ci illər ərzində isə aşkar olunan halların 43,9%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu ilin 6 ayı ərzində İİV-ə yeni yoluxma halları 306 təşkil edib.

Onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşları, 8-i (2,6%) isə əcnəbilərdir. Qeydiyyata alınmış 298 yerli sakinlərdən 193-i (64,8%) kişi, 105-i (35,2%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 74 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçib və İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub.

Bu ilin 6 ayı ərzində 33 nəfər (11,1%) parenteral, 173 nəfər (58,1%) heteroseksual, 20 nəfər (6,7%) homoseksual kontakt nəticəsində, 2 nəfər (0,7%) şaquli yolla virusa yoluxub, 70 nəfərin (23,5%) İİV-ə yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2018-ci ilin 6 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5937 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4204-su (70,8%) kişi, 1733-i (29,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 2080 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 904 nəfər olub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülənlərin 43,9%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,6%-də heteroseksual, 2,5%-də isə homoseksual kontakt nəticəsində, 1,7%-də anadan uşağa keçməklə, 8,3 -də yoluxma yolu müəyyən edilməyib.

2006-cı ildən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 4568 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 361 nəfərə müalicə 2018-ci ilin ilk 6 ayı ərzində başlanılıb.

2015-ci ilin iyun ayında etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, bu ilin 6 ayı ərzində 64786 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 69 nəfərdə ilkin İİV müsbət nəticə qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm