Səhiyyə
Parkinson xəstəliyinin ilk əlaməti açıqlandı
Serotoninin tükənməsi Parkinson xəstəliyinin törətdiyi labüd neyrodegenerativ proseslərin ilkin əlaməti ola bilər.
Bunu London Kral Kollecinin tədqiqatçıları müəyyənləşdiriblər.
“Science Alert” nəşrinin yazdığına görə, serotonin sistemində dəyişikliklər Parkinson xəstəliyinin ilkin mərhələsində təsadüf olunan motor və digər əlamətlərdən 15-20 il əvvəl başlayır və zaman keçdikcə yalnız şiddətlənir.
Elmi tədqiqatda genində nadir SNCA mutasiyası olan 14 adam iştirak edib. Özü də onların yeddisində bu xəstəlik artıq diaqnozlaşdırılıb, digər yeddisində xəstəlik üçün səciyyəvi olan əlamətlər hələlik özünü büruzə verməyib. Tədqiqat iştirakçılarının beyni müayinə olunub, nəticələri Parkinson xəstəliyindən əziyyət çəkən 65 insanın və 25 sağlam könüllünün məlumatları ilə müqayisə edilib.
Elmi işin müəllifləri insanın əhvalına, yuxusuna və motor funksiyasına təsir göstərən serotonin sistemində dəyişiklikləri üzə çıxarıblar və bu qənaətə gəliblər ki, onların kəşfi xəstəliyin diaqnostikasının və müalicəsinin yeni üsullarının tapılmasına gətirib çıxaracaq.
Bütün dünyada altı milyondan çox insan Parkinson xəstəliyindən əziyyət çəkir. Bu, yayılmasına görə Altsheymer xəstəliyindən sonra ikinci neyrodegenerativ xəstəlikdir. Xəstəlik yavaş-yavaş inkişaf edir. Müasir tibb hələlik onu müalicə edə bilmir (Azərtac).
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR