İstifadə olunan testlər zaman və maliyyə tələb edir - Yaqut Qarayeva
Bizi izləyin

Səhiyyə

İstifadə olunan testlər zaman və maliyyə tələb edir - Yaqut Qarayeva

Xüsusilə qeyd etmək istəyirəm ki, hazırda istifadə olunan testlər Almaniya istehsalıdır. Bunlar zaman və maliyyə tələb edir.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib: "Bu günə qədər 30 minə yaxın test edilib və proses davam edir. Bu məsələlər üzərində iş davam edir. Dövlət bu prosesi pulsuz şəkildə həyata keçirməyə çalışır. Biz pandemiya vəziyyətində yaşayırıq. Bunları planlaşdırmamışdıq. Vəziyyəti dərk etməsək, öhdəsindən gələ bilməyəcəyik. Karantin istirahət demək deyil. Bu bizim məcburi vəziyyətdən çıxmağa çalışdığımız yoldur. Bu gün vətənimiz təhlükəsiz deyil".

Y.Qarayeva qeyd edib ki, sərhədləri keçən hər vətəndaş test edilsə də, xəstəlik yayılmağa başlayanda qaydalar dəyişdi: "Sağlam daşıyıcılar bu xəstəliyə 14 gün ərzində yoluxdura bilər. Xəstə insanın qızdırması düşdükdən sonra 3 gün ərzində test olunmalıdır. Qızdırması düşdükdən sonra sağaldığı müəyyən olunur. Lakin xəstə sağaldıqdan sonra 14 gün ərzində karantin müddətində qalmalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm