Yoluxma riski yüksək olan ərazilər açıqlandı
Bizi izləyin

Səhiyyə

Yoluxma riski yüksək olan ərazilər açıqlandı

Böyük şəhərlərdə və ünsiyyətin çox olduğu yerlərdə təhlükə daha böyükdür. Xüsusilə Bakı və Sumqayıtda yoluxma təhlükəsi çoxdur.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı deyib: "Xəstəliyə yoluxanların sayı Bakı üzrə üstünlük təşkil edir. Yoluxmanın qarşısını almaq üçün bizim üzərimizə böyük məsuliyyət düşür. Virusun aşkara çıxarılması, diaqnozu çox ağırdır. Əgər laboratoriyalarda kiçik diqqətsizlik olarsa, tibb işçiləri təhlükə altına düşər. Tibb müəssisələrinin resurslarını səmərəli istifadə etmək, tibb işçilərini qorumaq üçün qaydalara əməl etmək lazımdır. Vətəndaşlardan insanların sıx olduğu yerlərdə sosial məsafəni qorumağı xahiş edirik".

O əlavə edib ki, həm bizim, həm də qonşu ölkələrin təcrübəsi göstərir ki, xəstəliyi yayanlar simptomu göstərməyən xəstələrdir: "Sosial izolyasiya qaydalarına əməl etmək bu riski aradan qaldırmağa kömək edəcək. İnkubasiya müddəti 14-21 gündür, buna görə insanlardan diqqətli olmağı xahiş edirik. 2-3 həftə yoluxma hallarının kəskin şəkildə azalmasına kömək edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm