Dünyada 107 mindən çox insan koronavirusa yoluxdu - ÜST
Bizi izləyin

Səhiyyə

Dünyada 107 mindən çox insan koronavirusa yoluxdu - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 107 mindən çox artıb.

Publika.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Mayın 29-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 107 740 nəfər yeni koronavirusa yoluxub, 4 354 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 5 701 337, ölənlərin isə 357 688 nəfərə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm