Səhiyyə
Bakıda “103”ə edilən zənglərin sayı niyə artıb? - VİDEO
Sərt karantin rejimi səbəbindən təcili tibbi yardıma müraciət edənlərin sayı artıb.
Publika.az xəbər verir ki, bunun əsas səbəbi insanların həkimə getmək üçün evdən çıxa bilməmələridir. Müraciətlərin əsas hissəsi temperatur artımı ilə bağlıdır. Müraciətlərin çoxalmasına baxmayaraq, tibbi yardım xidmətinin əməkdaşları xəstələrə vaxtında müdaxilə etməyə çalışırlar.
103 xidmətinə edilən zənglər bir an belə dayanmır. Operatorlar ünvanı dəqiqləşdirməyə, tibbi heyət isə xəstənin yanına çatmağa tələsir.
Təcili tibbi yardımdan verilən məlumata görə, zənglərin sayında artım müşahidə edilsə də, dəqiq statistik rəqəmləri bir gün sonra əldə edə bilirlər.
Müraciətlərin çox olacağı əvvəlcədən təxmin edildiyindən, Bakı üzrə təcili tibbi yardım briqadalarının sayı 139-dan, 155-ə qədər artırılıb. Müraciətlər isə əsasən koronavirus şübhəsi ilə bağlıdır.
Bu günlərdə müraciətlər çox olduğundan, təxirəsalınmaz müdaxilə ilə bağlı çağırışlara üstünlük verilir. Ona görə də vətəndaşlardan yaranan vəziyyəti anlayışla qarşılamaları xahiş olunur.
Ətraflı “Xəzər Xəbər”in süjetində:
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR