Səhiyyə
Koronavirus xəstələrinə telefonlarını söndürmək QADAĞAN EDİLDİ
Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilən və evdə müalicəsini davam etdirəcək şəxs təcrid müddətində mobil telefonunu işlək vəziyyətdə saxlamalıdır.
Publika.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydalarının təsdiq edilməsi barədə” qərarına edilən dəyişiklikdə öz əksini tapıb.
Qeyd olunub ki, evdə təcrid olunacaq şəxslərə telefonun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yeri tərk etməsinin mümkünlüyü barədə xəbərdarlıq ediləcək və onlardan bu barədə yazılı iltizam alınacaq.
Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilən şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilən şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO