Yoluxma riskini sadə insanlar artırır - Prezidentin köməkçisi
Bizi izləyin

Səhiyyə

Yoluxma riskini sadə insanlar artırır - Prezidentin köməkçisi

Sərt karantin rejiminin ikinci həftəsi tamamlanır və yoluxanların sayı yüksək səviyyədə qalmaqdadır.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, karantin rejiminin nə qədər sərt olması onun həyata keçirilməsindən asılıdır: "Məhdudiyyətlərə nə qədər riayət edilməsə, yoluxma statistikası da o qədər artacaq. Bütün dünya ölkələri bu problemlə mübarizə aparır. Azərbaycannın da bu problemlə mübarizə aparması cəmiyyətin səfərbər olması deməkdir. Bu, ümumxalq problemidir".

Şahmar Mövsümov qeyd edib ki, hazırda mühraibədəyik və yalnız qaydalara riayət etməklə bu müharibədə qalib gələ bilərik: "Avtobus, metro, ticarət mərkəzlərində sıxlıq çox olur. Bu məkanlarda kimsə maskasız olur. Xahiş edirəm ki, maska taxmayanlardan maskadan istifadə etmələrini xahiş edək. Mənə tez-tez sual verilir ki, bu nə zaman bitəcək. Hər birimiz bunun tez başa çatmasını istəyirik və buna görə də tələblərə riayət etməliyik. Hər gün yeni məlumat alırıq. Əvvəllər nəyisə bilməyəndə dünya təcrübəsinə müraciət edirdiksə, hazırda bu təcrübə yoxdur. Dünya bu suala cavab axtarır".

Prezidentin köməkçisi bildirib ki, Hazırkı vəziyyət onu çox narahat edir və hər birimiz risk altındayıq: "Bu riski yaradan sadə insanlardır. Bu gün yoluxma saylarında artım bütün dünya ölkələrində var. Hər birində ciddi karantin tədbirləri görülür. Digər ölkələrlə müqayisədə biz əvvəldən çox qətiyyətli addımlar atdıq və sonra yumşalmalara getdik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm